İyunun 21-də UNEC-də yaz imtahan sessiyasının sonuncu “Açıq qapı” günü keçirilib.
UNEC rektoru, professor Ədalət Muradovun keçirdiyi “Açıq qapı”da valideyn və tələbələr iştirak edib.
Müraciətlər “Xarici dildə işgüzar və akademik kommunikasiya” (XDİAK) fənninin imtahanlarında qaydaların pozulması və magistr dissertasiyasının müdafiəsi zamanı yekun qiymətdən narazılıqla bağlı olub. Rektor müraciətləri dinlədikdən sonra araşdırlması ilə bağlı müvafiq tapşırıqlar verilib.