A

“UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində növbəti tədbir “İqtisadiyyat” kafedrasının təşkilatçılığı və Kitabxana İnformasiya Mərkəzinin (KİM) dəstəyi ilə baş tutub.

Müzakirədə “İqtisadiyyat” kafedrasının dosenti, i.ü.f.d.Vildan Rizayevanın Pol R.Kruqman, Moris Obstfeld, Mark C.Melitznin “Beynəlxalq İqtisadiyyat” nəzəriyyə və siyasət kitabının təqdimatı keçirilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov, “İqtisadiyyat” kafedrasının müdiri dosent Suqra Hümbətova, 2 saylı Kitabxanasının müdiri Rəsmiyyə Rzayeva, proqram rəhbərləri və kafedranın müəllimlərinin iştirakı ilə baş tutan müzakirədə təqdim edilən kitabın makrosəviyyədə dünya iqtisadiyyatında baş verən proseslərin ətraflı izahı və əsas iqtisadi anlayışları özündə əks etdirilməsi ilə bağlı fikirlər səslənib.

Eyni zamanda kitabın dünyanın aparıcı universitetlərində tədris prosesində geniş istifadəsi üçün əsas dərs vəsaitlərindən biri olmasını qeyd edilib. Kitabda hər mövzuya aid qrafik, cədvəl və məsələlər toplusunun mövcudluğu onun praktiki əhəmiyyətini daha da artırdığı diqqətə çatdırılıb. “Beynəlxalq iqtisadiyyat”  fənni üzrə əsas dərslik kimi məhz bu kitabdan istifadə olunması tövsiyə edilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay