A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalına həsr olunan silsilə tədbirlər çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.

“Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə (https://library.unec.edu.az/virtual-s-rgi/virtual-s-rgi-6) UNEC alimlərinin iqtisadiyyat elminin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində əldə etdiyi elmi nailiyyətləri özündə ehtiva edən müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrləri haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay