A

UNEC-də Elm festivalı çərçivəsində millət vəkili Etibar Əliyevin iştirakı ilə “Regionlarda elmin populyarlaşması” mövzusuna həsr olunan tədbir keçirilib.

UNEC-in müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə millət vəkili elmə verilən dəyərdən danışıb. Elmin populyarlaşmasının hazırda dünyada aktual mövzulardan biri olduğunu diqqətə çatdıran millət vəkili regionlarda elmin təbliğinin əhəmiyyətini vurğulayıb. Etibar Əliyev Nobel mükafatçılarının uğurları barədə maraqlı faktları, eləcə də dünyanın məşhur alimlərinin elmlə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Görüşdə iştirak edən professor Şahlar Əsgərov elm və əxlaq, elm və siyasət, elm və məktəb mövzularına toxunub. Qocaman alim gənclərin elmə marağının artırılması istiqamətində onlara tövsiyələr verib.

Görüş maraqlı diskussiya ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay