A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan tələbələrarası “UNEC THİK CUP 2021” futbol çempionatının qalibləri müəyyən olunub.

Final mərhələsində UNEC-in “İqtisadçı” İdman klubunun məşqçi-müəllim heyəti, THİK-nin sədri və tələbələr iştirak edib.

Futbol çempionatında I yerə “UNEC uşaqları” komandası, II yerə “Elite” komandası, III yerə isə “Dominators” komandası layiq görülüb.

Qalib komandanın üzvlərinə kubok, diplom, pul mükafatı və medallar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay