A

“UNEC CLUBRARY” kitabsevərlər klubunun növbəti görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva görüşün əsas məqsədi və “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsinin tədbirlər planı barədə iştirakçılara məlumat verib.

Görüşdə klubun prezidenti, UNEC-in II kurs tələbəsi Cəfərisadiq İbrahimov “UNEC CLUBRARY”nin fəaliyyəti barədə məlumat verib, klubun əsasnaməsi və loqosunu təqdim edib.

Maliyyə və mühasibat fakültəsinin 2-ci kurs tələbəsi Nihad İskəndərli müəllifi olduğu “Salfet satan qız” şeirini klub üzvlərinə təqdim edib.

Tədbir klub üzvləri tərəfindən ilk görüşdə qərarlaşdırılmış amerikan yazıçısı Rey Bredberinin “Farenheyt 451” kitabının müzakirəsi ilə davam edib.

Müzakirələrdə KİM müdiri Adilə Abdullayeva, 24/7 Kitabxananın müdiri Arzu Məmmədova,  Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov və klubun digər üzvləri “Farenheyt 451” kitabının əhəmiyyətindən danışıblar. 1953-cü ildə çap edilmiş kitabın bugünki texnologiyaların, süni intellektin hökm sürdüyü dövrdə də aktuallığını itirmədiyini bildiriblər. Müəllifin əsər vasitəsilə oxuculara mütaliənin əhəmiyyətini və kitabın oxunduğu zaman dəyər qazandığı fikrini aşıladığını bildiriblər.

Görüşün sonunda klubun növbəti müzakirəsinin Xalq yazıçısı Anarın yaradıcılığına həsr olunacağı qərara alınıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay