A

iqtisadkolleci.edu.az

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi Qarabağda aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş gizir Rəhimov Ramil Sucəddin oğlunun üç mərasimində iştirak ediblər.

Şəhidin atası Sucəddin Rəhimov Ramilin torpaqlarımızın işğalı ilə heç cürə barışa bilmədiyi ücün 5 ilə yaxın hərbiyə yazıldığını bildirdi. Ramilin döyüş şücayətindən danışan şəhid atası qeyd etdi ki,belə bir igidin atası olduğum üçün fəxr edirəm.

Qeyd edək ki, şəhid gizir Ramil Rəhimov 01.01.1992-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olub. 2007-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsində 1 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin “Maliyyə işi” ixtisasına qəbul olunub. 2011-ci ildə həmin ixtisası birtirib və həqiqi hərbi xidmətə yola düşüb.

2023-cü ildə Qarabağda aparılan antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Ailəlidir,bir qız övladı vardır.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay