A

UNEC-in şəhid məzunu İsax Verdiyevin qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasından üç il ötür.

Oktyabrın 6-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin məzunu, Vətən müharibəsinin şəhidi İsax Verdiyevin anım günü idi.

İsax Verdiyevin anım günü münasibətilə şəhidin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Rus İqtisad Məktəbinin direktor müavinləri və fakültə tələbələri iştirak ediblər.

Anım tədbirindən sonra UNEC kollektivi, şəhidin hərbi yoldaşları və yaxın qohumları ilə birlikdə Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. İsax Verdiyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay