A

İqtisadiyyat və İdarəetmə fakültəsində 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini dosent Müşrəvan Əliyev və Humanitar fənlər kafedrasının dosenti Ramin Qurbanov çıxış edərək, Dövlət Bayrağı Gününün təsis edilməsi barədə məlumat veriblər. Çıxış edənlər bayrağımızın keçdiyi tarixi yola qısa nəzər salaraq bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkə başçısının bu Sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz ifadəsidir.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay