A

UNEC-in şəhid məzunu Rüfət Əsgərovun şəhadətə ucalmasının üçüncü ildönümü keçirilib.

Anım günü tədbirində UNEC-in Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, THİK-in sədr müavini Günay Ağazadə və tələbələr iştirak ediblər.

UNEC-in kollektivi Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

Şəhidin yaşadığı evin önündə Rüfət Əsgərova həsr olunmuş bulağın və eyni zamanda şəhidin əşyalarına özəl hazırlanmış muzeyin açılışı olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay