A

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin tələbələri arasında “Yaşıl UNEC” ilinə həsr edilən bilik yarışı keçirilib.

“Ekologiya” ixtisası üzrə qiyabi təhsil alan tələbələrin iştirak etdiyi yarışda onlara ekologiya, ətraf mühit, təbii sərvətlər, yaşıl enerji, alternativ enerji mənbələri, COP-29 tədbiri ilə bağlı suallar təqdim olunub.

Yarışda “Ekologiya” ixtisasının II kurs tələbələrindən ibarət “Green life” komandası 1-ci yerə, 3-cü kurs tələbələrindən ibarət “Qələbə” komandası 2-ci yerə, 4-cü kurs tələbələrindən ibarət “Dəmir yumruq” komandası isə 3-cü yerə layiq görülub.

Mərkəzin direktoru Səbuhi Tanırverdiyev qalibləri təbrik edərək, onları diplomlarla təltif edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay