A

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Rüfət Əsgərovun yanvarın 29-da 27 yaşı tamam olur.

Cəbhəyə könüllü yollanan və oktyabrın 25-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rüfət Əsgərovun doğum günündə “Biznes və Logistika” kafedrasının müdürü dosent Məhəmməd Əliyev, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə, Biznes və menecment fakültəsinin THİK sədri Aqşin Quluzdə və fəal tələbələr şəhidin məzarını və ailəsini ziyarət ediblər. 

UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay