A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı faciəsinin 32-ci ildönümünə  həsr olunmuş tədbir keçirilib.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsilə başlayıb. Tədbiri fakültə dekanı dos.Elçin Eyvazov açaraq, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi barədə danışaraq, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı aktlarının davamı olduğunu vurğulayıb. E.Eyvazov tədbirdə Xocalı soyqırımını dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu diqqətə çatdırıb və qeyd edib ki, Xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirərək, öz ərazi bütövlüyünü bərpa etdi.

Tədbirdə həmçinin, UNEC Kitabxana İnformasiya Mərkəzinin 2 saylı kitabxanası Xocalı faciəsinə, İkinci Qarabağ müharibəsinə və Zəfər tarixinə aid kitablardan ibarət sərgi təşkil edib.

Sonda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay