A

Fevralın 26-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC-in məzunları Məzdək Eyvazlı və Əbil Cəbizadənin doğum günü idi.

Yaşasaydılar Eyvazlı Məzdəkin 28, Cəbizadə Əbilin isə 31 yaşı olacaqdı.

Şəhidlərin doğum günü münasibətilə UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və tələbələr Sumqayıt Şəhidlər xiyabanında Əbil Cəbizadənin, Lökbatan Şəhidlər xiyabanında isə Məzdək Eyvazlının məzarlarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay