A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında 02 noyabr 2022-ci il tarixində imzalanmış üçtərəfli memorandum çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərdə iştirak edən Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün aralıq imtahanı təşkil edilib.

UNEC-in Əsas tədris binasında keçirilən imtahanda tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət orqanının əməkdaşları tərəfindən bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi və Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması planlaşdırılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay