A

UNEC-in əcnəbi tələbələri Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad ediblər.

Əcnəbi tələbələr UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə şəhidlərimizin xatirəsini anıblar.

Onlara 20 Yanvar Ümumxalq Hüzn Günü barədə məlumat verilib.

Sonra əcnəbi tələbələr UNEC-in Tələbə Həmkarlar İttifaqı  Komitəsinin və Beynəlxalq əməkdaşlıq departamentinin birgə təşkilatçılığı ilə Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin  məzarı önünə gül dəstələri düzüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay