A

UNEC kollektivi Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhid olan tələbə Əsəd Əsədlinin ailəsini ziyarət edib.

Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və mərkəzin digər əməkdaşları şəhidin ailəsi ilə görüşdə Əsəd Əsədlinin tələbəlik illəri, keçdiyi döyüş yolundan danışaraq, əziz xatirəsini yad ediblər.

Şəhidin anası Səidə xanım UNEC əməkdaşlarını Əsədin xatirə otağındakı şəxsi əşyaları və şəkillərlə tanış edərək, hər birinin tarixçəsindən söz açıb.

UNEC kollektivi şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildiriblər, onların adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay