A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Məişət zorakılığı ilə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev son illərdə ölkəmizdə ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının artmasından, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı və maarifləndirici tədbirlərin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin eksperti Gülanə Quliyeva məişət zorakılığının subyektləri, zorakılığın formaları, cəmiyyətdə və məişətdə qadın zorakılığı, erkən və məcburi nikah barədə ətraflı məlumatlar verərək, məişət zorakılığının qarşısının alınması və bu sahədə atılan addımlardan danışıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay