A

UNEC-in 24/7 kitabxanasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Hibrid formatında təşkil edilmiş tədbirdə “İRƏLİ” İctimai Birliyinin nümayəndələri, kitabxananın könüllüləri və oxucular iştirak ediblər.

Kitabxananın müdiri Arzu Məmmədova tədbir iştirakçılarına 20 Yanvar faciəsi zamanı xalqımıza qarşı törədilən soyqırımın acı nəticələrindən, eləcə də Yanvar hadisələrinin milli azadlıq hərəkatının güclənməsindəki rolundan danışıb.

“İRƏLİ” İctimai Birliyinin əməkdaşı Arif Rəhimli təşkilatın ümumi fəaliyyəti və həyata keçirilən sosial media aksiyaları barədə məlumat verib. Gənclərin sosial şəbəkələrdə, xüsusilə Tvitter-də milli məsələlərlə bağlı fəallığının artırılmasının vacibliyini vurğulayıb. O, 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Tvitterdə keçiriləcək kampaniyanın mahiyyəti barədə zəruri məqamları iştirakçıların diqqətinə çatdıraraq, onları aksiyada fəal olmağa dəvət edib.

UNEC-in tələbə-rektoru Cabbar Cəlilov keçiriləcək kampaniyanın zəruriliyindən, eyni zamanda 20 Yanvar faciəsinin sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırılmasınin əhəmiyyətindən bəhs edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay