A

UNEC kollektivi universitetin Ağsaqqallar Şurasının sədri, məsləhətçi-professor Əli Həsənovu evində ziyarət edib.

Rektor professor Ədalət Muradov, prorektor dos. Şaiq Əsgərov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, dosent Tofiq Osmanov  yeni il ərəfəsində Əli müəllimi ailəsində ziyarət edərək, onunla xoş və səmimi söhbət ediblər. Qocaman alimə universitetin əldə etdiyi uğurların qazanılmasında verdiyi dəstəyə görə təşəkkürünü bildirərək, UNEC ailəsi adından ona möhkəm cansağlığı, uzun ömür arzulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay