A

UNEC-də “KitabAt!” layihəsinə yenidən start verilir.

“Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində Kitabxana-İnformasiya Mərkəzi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək layihə Novruzun ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq “kitab atmaq” olacaq.

UNEC ailəsinin hər bir üzvünü maarifçilik ideyalarına söykənən layihəyə dəstək olmağa dəvət edirik.

Könüllü toplanan kitablar Novruz sovqatı kimi seçilmiş binadakı mənzillərin qarşısına “atılacaq”.

Kitaptoplama aksiyasında iştirak etmək istəyənlər hədiyyə edəcəkləri kitabı 15 mart, 22:00 tarixinədək UNEC-in istənilən tədris binasındakı kitabxanalara təqdim edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay