İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi tərəfindən (COMSTECH) 2025-ci il üzrə COMSTECH mükafat proqramı elan olunub.
Sözügedən proqram çərçivəsində elmin müxtəlif sahələri üzrə mükafatlandırmanın həyata keçirilməsi nəzərdə tutulur. Proqrama İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin vətəndaşları, eləcə də bu ölkələrdə aktiv olaraq işləyən əcnəbi vətəndaşlar müraciət edə bilərlər.
Mükafatlandırma meyarlarına uyğun olan namizədlər 31 mart tarixinə qədər qeydiyyatdan keçə bilərlər.