A

UNEC-in Biznes və menecment fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” adlı elmi-praktiki konfransın bölmə iclası keçirilib.

BMF, Ümumi fənlərin tədrisinin təşkili departamenti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Xarici dillər departamentinin birgə təşkilatçılığı ilə baş tutan iclas “Azərbaycanda yeni biznes təfəkkürü və sahibkarlığın inkişafı” mövzusuna həsr edilib. Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovun sədrliyi ilə keçirilən iclasda Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı misilsiz rolundan bəhs olunub.

Tədbirdə “Biznes və logistika” kafedrasının professoru Şəfa Quliyeva “Liderlik nümunəsi: Heydər Əliyevin dövlətçilik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Magistrlər və tələbələr isə Ulu Öndərin təhsilə verdiyi dəyər, eləcə də gənclər siyasətinin inkişafındakı misilsiz xidmətləri barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin tələbələr tərəfindən çəkilmiş portreti konfrans iştirakçılarının diqqətinə təqdim olunub.

TOP XƏBƏRLƏR