25 may 2021-ci il tarixində saat 16:00-da istinad aktivliyini stimullaşdıran təlimlər seriyasından olan Mendeley sistemi haqqında vebinar keçiriləcək.

Mendeley Elsevier şirkətinin məhsulu olub tədqiqatçının verilənlər (data yəni cədvəl, qrafika ) və elmi istiqamətinə uyğun istinad olunacaq kitab, məqalə, məruzələri saxlamaq, sistemləşdirmək, qeydlər aparmaq və məlumatların paylaşılmasına kömək edən ödənişsiz, istinadların idarə olunması sistemidir. Mendeley sisteminin üstünlükləri:

  • Avtomatik olaraq biblioqrafiyanı yaradır;
  • Asanlıqla digər tədqiqat proqram təminatında olan məqalə və verilənləri idxal edir;
  • Tədqiqat istiqamətinizə uyğun məqalələrin tapılmasına dəstək olur;
  • Məqalələrinizi internet vasitəsilə əlçatan edir;
  • Tədqiqatçılarla onlayn əməkdaşlıq imkanını təmin edir.

Vebinarın təlimçiləri:

Ilirjan Ferati - Mendeley məhsul meneceri
Marijn van Haaren - Mendeley məhsul meneceri

Vebinarda göstərilən Mendeley funsiyalarını tətbiq etmək üçün sistemdən qeydiyyatdan keçmək məqsədə uyğundur.

Vebinarda iştirak üçün qeydiyyat

Son qeydiyyat tarixi: 24.05.2021

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay