A

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələr UNEC Kitabxana-İnformasiya Mərkəzində təcrübə keçiblər.

Təcrübə proqramı çərçivəsində tələbələr universitetin müxtəlif tədris binalarında yerləşən kitabxanaların fəaliyyəti ilə tanış olmuş, UNEC-də tətbiq olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, elektron kataloq, elektron kitabxana, beynəlxalq məlumat bazalarının rəqəmsal resursları və onlardan səmərəli istifadə üsulları üzrə bilik və bacarıqlar əldə ediblər.

Bundan əlavə, təcrübəçilər innovativ iş metodları, onlayn virtual kitabxana-informasiya xidməti, hibrid formada oxucu qeydiyyatının aparılması, elektron kitabxananın müəllim-tələbə kabinetinə inteqrasiyası kimi sahələrdə praktik təcrübə qazanmış və bu proseslərdə birbaşa iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay