A

İyunun 30-dan UNEC-in təqdim etdiyi Universitetdaxili İki Diplom (UDİD) və Minor əlavə təhsil proqramlarına sənəd qəbulu başlayıb. Sənəd qəbulu avqustun 15-dək davam edəcək.

UDİD proqramına qoşulmaq üçün müraciət şərtləri:

  • I kursu bitirən tələbələr
  • tələbənin ayrı-ayrı fənlər üzrə ÜOMG göstəriciləri - 71-100 bal

İxtisaslar: Maliyyə, Mühasibat, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Menecment, Marketinq, İqtisadiyyat, Statistika.

Minor proqramına qoşulmaq üçün müraciət şərtləri:

  • ÜOMG – minimum 65 bal;
  • I və II kursu bitirən tələbələr

Minor proqramına UNEC-in bakalavr səviyyəsi üzrə bütün ixtisasları (23 ixtisas) üzrə qoşulmaq mümkündür.

Tədris dili:

azərbaycan, rus, ingilis, türk

Tələb olunan sənədlər:

  1. Rektorun adına yazılan ərizə;
  2. Akademik transkript;
  3. Digər sənədlər (Xarici dil sertifikatları olarsa).

Proqrama qoşulmaq istəyən tələbələr aşağıda qeyd olunan linklərə daxil olaraq müvafiq proqram üzrə qeydiyyatdan keçə bilərlər.

UDİD PROQRAMI
MİNOR PROQRAMI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay