A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti arasında həyata keçirilən Beynəlxalq İdarəetmə və Biznes üzrə İkili Diplom Proqramına tələbə qəbulu elan edilir.

Proqram UNEC tələbələrinə Avropa ali təhsil mühitində təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və məzun olduqdan sonra iki ali təhsil diplomu əldə etmək imkanı yaradır.

Proqram haqqında məlumat

Təhsil müddəti: 1 il (bakalavr səviyyəsi, 3-cü kurs)

Tədris dili: İngilis dili

Təhsil haqqı: 2500 euro

Tədris yeri: Montpellier Universiteti, Fransa

Diplom: UNEC və Montpellier Universitetinin ikili diplomu

Müraciət edə biləcək şəxslər:

  • 2-ci kurs tələbələri
  • Minimum orta bal (ÜÖMG) – 81 bal;
  • İngilis dili biliyini B2 səviyyəsində təsdiq edən dil sertifikatına malik olan tələbələr

Aşağıdakı ixtisaslar üzrə tədris alan tələbələr:

  • Maliyyə
  • Mühasibat
  • İqtisadiyyat
  • Biznesin idarəolunması

Təqdim ediləcək sənədlər

  • Ərizə
  • Akademik transcript
  • İngilis dili sertifikatı (B2 səviyyəsi)
  • CV
  • Niyyət məktubu (Motivation letter)

Son müraciət tarixi: 06 mart 2026-cı il

Seçilmiş namizədlərin siyahısı UNEC tərəfindən Montpellier Universitetinə təqdim olunur. Təhsil haqqı Montpellier Universitetinin mövcud qaydalarına uyğun olaraq ödənilir. Yaşayış və gündəlik xərclər tələbənin şəxsi məsuliyyətindədir. Montpellier Universiteti tərəfindən yataqxana dəstəyi göstərilir.

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlaqə telefonu: +994 12 492 18 82
Ünvan: UNEC – Beynəlxalq Əməkdaşlıq Departamenti (Əsas bina 115-ci otaq)

TOP XƏBƏRLƏR