11 iyun 2019-ci il tarixində saat 10.00-da UNEC Zaqatala filialının böyük Akt zalında
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönmünə həsr olunan
“MÜASİR İQTİSAD ELMİNİN AKTUAL PROBLEMLƏRİ”
mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
I BÖLMƏ: “İdarəetmə elminin aktual problemləri”
II BÖLMƏ: “Maliyyə, mühasibat uçotu və audit elminin inkişafının müasir mərhələsi”
III BÖLMƏ: “Iqtisadi, enerji və ərzaq təhlükəsizliyi problemləri”
IV BÖLMƏ “Iqtisadi inkişafda insan kapitalı: problemlər və perspektivlər”