Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşların peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Komanda idarəetməsi və motivasiya texnikaları” mövzusunda təlim təşkil olunub.
Təlim Biznes və logistika kafedrasının müəllimi, təcrübəli mütəxəssis İradə Nəbiyeva tərəfindən aparılıb. O, iştirakçılara effektiv komanda quruculuğunun əsas prinsipləri, liderlik yanaşmaları, əməkdaşlar arasında motivasiyanın artırılması və iş mühitində məhsuldarlığın yüksəldilməsi yolları barədə ətraflı məlumat verib.
Təlim zamanı iştirakçılar müxtəlif praktiki nümunələr və interaktiv müzakirələr vasitəsilə komanda idarəetməsində qarşıya çıxan problemlərin həlli yollarını öyrənmək, həmçinin real iş mühitində tətbiq oluna biləcək texnika və strategiyalarla tanış olmaq imkanı əldə ediblər.