A

UNEC-in 95 illik yubileyi ilə bağlı Tədbirlər Planının “95 illik yubileyə 95 xeyirxah iş” bəndinə müvafiq olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Tələbə Gənclər Təşkilatı ilə birgə “Təmiz dünya qadın və uşaq” sığınacağını ziyarət ediblər.

Ziyarət zamanı uşaqlarla maraqlı söhbətlər aparılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.

“Təmiz dünya qadın və uşaq” sığınacağına səfər xoş təəssuratlarla yadda qalıb.

TOP XƏBƏRLƏR