24-26 avqust 2022-ci il tarixlərində Bakı şəhərində “Sənaye Tətbiqləri ilə Nəzarət və Optimallaşdırma üzrə 8-ci Beynəlxalq Konfransı” keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd dünya üzrə nəzarət və optimallaşdırma sahəsində fəaliyyət göstərən alimləri, tədqiqatçıları, mühəndisləri və əməkdaşları bir araya toplayaraq, bu sahədə əldə olunan ən son nailiyyətlərin, bilik və bacarıqların artırılmasına aid fikir mübadiləsinin aparılmasıdır.

Nəzarət nəzəriyyəsi, optimallaşdırma, ağıllı sistemlər, qeyri-səlis nəzəriyyə, ədədi və hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, fiziki optimallaşdırma prosedurunun tətbiqi konfransın əsas mövzularındandır.

Konfransın əsas tarixləri

Qeydiyyat və xülasələrin təqdim olunması: 01.06.2022

Qəbul haqqında bildiriş: 30.06.2022

Tam mətnlərin qəbulu: 30.11.2022

Tədqiqatçılar konfransda iştirak etmək üçün qeydiyyatdan keçməli və elmi məruzələrini təşkilat komitəsinin tələblərinə uyğun tərtib etməlidir.

Konfransa təqdim olunacaq məqalələr üçün istinad mənbələri:

COIA konfrans kitabı təşkilat komitəsi tərəfindən Web of Science bazalarında indekslənməyə təqdim olunur. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqatçılarının bu konfrans kitabında elmi əsərləri dərc olunaraq Web of Science elmi platformasının bazasında indekslənmişdir.

SİYAHI

ƏLAVƏ MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay