A

UNEC-in "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının təşkilatçılığı ilə UNEC nəzdində Maliyyə-İqtisad kollecində  “COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib.

Kafedranın dosenti Afaq Hacıyeva tədbirdə çıxış edərək, dünyada baş verən qlobal ekoloji problemlərdən, iqlim dəyişmələri, onun  ölkələrin təsərrüfatına və insanların sağlamlığına təsirindən danışıb. Məruzəçi eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin vacibliyini və əhəmiyyətini qeyd edərək, bu il respublikamızda keçiriləcək COP29 konfransının əsas öhdəliyi və keçirilmə məqsədləri haqqında da iştirakçılara məlumat verib.

Tədbirdə UNEC TEC və TGT-nin, eyni zamanda "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasında fəaliyyət göstərən "Yaşıl dünya" dərnəyinin üzvü olan tələbələr də iştirak edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay