A

ARPA İB və UNEC Ömürboyu Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “İşgüzar mühitdə effektiv ünsiyyətin qurulması” mövzusunda seminar keçirilib.

Seminarda müxtəlif peşə sahibləri, ali və orta ixtisas məktəblərinin müəllimləri, rəhbər işçilər, o cümlədən tələbələr iştirak ediblər.

UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə seminarda mövzu ilə bağlı çıxış edərək, bacarıqlı və etik şəkildə ünsiyyətin qurulması, fərqli ünsiyyət formaları ilə tanışlıq, ünsiyyət ətrafında bilik, bacarıq və mülahizələrin inkişafı, peşəkar təqdimatların hazırlanması və təqdim edilməsi, komandada işləmək bacarığı barədə önəmli məqamları iştirakçıların diqqətinə çatdırıb, eləcə də onları maraqlandıran sualları cavablandırıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay