A

Azərbaycan Dövlət İqtisad Universitetində növbəti  kitab müzakirələri keçirilib.

“Mühəndislik və tədbiqi elmlər” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə  “Qida məhsullarının ümumi texnologiyası” adlı kitabla bağlı təqdimat olub. 

Kafedranın dosentləri Mehriban Məhərrəmova və Elsevər Fərzəliyev kitabda hazır elmi-tədqiqat işlərinin nəticələrindən əldə olunan məlumatların şərh edildiyini bildiriblər.

Həmçinin qida konsentratları kimi məhsulların istehsal texnologiyaları, eləcə də əksər qida məhsullarının istehsalında istifadə edilən spesifik xammal və yardımçı materialların kimyəvi, mikrobioloji, texnoloji xüsusiyyətlərinin hərtərəfli xarakterizə olunaraq, elmi cəhətdən əsaslandırıldırıldığını, eləcə də texnoloji sxemlərdə qeyd olunan texnoloji əməliyyatların yerinə yetirilməsi qaydalarının göstərildiyini qeyd ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay