2024/2025-ci tədris ili üzrə Orhun Mübadilə Proqramına müəllim-professor heyətinin qəbulu başlayır.

ORHUN mübadilə proqramı çərçivəsində UNEC müəllimləri, 2024/2025-ci tədris ilində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərindən birində mübadilədə iştirak edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, müəllimlərin yol xərcləri UNEC tərəfindən, qonaqlama xərcləri isə xarici universitet tərəfindən qarşılanacaqdır.

Seçiləcək müəllim sayı: 5 nəfər

Universitetlər haqqında məlumat

Müəllim müraciət forması

Tələb olunan sənədlər:

Müəllim anketi (burada seçilən universitetin (yalnız 1 universitet) adı qeyd olunmalıdır)

CV

Pasport

Son müraciət tarixi: 15 aprel, 2024-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır. Elektron məktubu göndərərkən başlıq hissəsində «Orhun proqramı» qeyd olunmalıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay