A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində “Yeni dövr üçün yeni ideyalara” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən departament direktoru dosent Gülnarə Rzayeva təhsil sahəsində yeni çağırışların qaçılmazlığını diqqətə çatdıraraq, bu çağırışlara cavab olaraq, UNEC-də təhsilin rəqəmsallaşdırılması ilə bağlı ən müasir texnika və texnologiyaların tətbiq edildiyini bildirib. O, dünyada gedən qlobal rəqəmsal dəyişikliklərin, robot, süni intellekt, sosial media, biomühəndislik və bu kimi yeniliklərin milli təhsil sisteminin qarşısına müəyyən çağırışlar çıxardığını vurğulayıb.

Tədbir “Humanitar fənlər” kafedrasının müdiri prof.Vəkil Həsənovun, “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri Rəşad Məhərrəmovun, “Azərbaycan dili” kafedrasının müdiri prof.Tofiq Əbdülhəsənovun, dosent Çinarə Qəhrəmanovanın və digər iştirakçıların müzakirələri ilə davam edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay