A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Sağlam həyat naminə erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsinin dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qaldığını bildirib, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, psixologiyasına mənfi təsir göstərdiyini qeyd edib və erkən nikahların qarşısının alınmasında təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin psixoloqu Mərziyə Əzməmmədova tələbələrə mövzunun əhəmiyyətindən, erkən nikahın səbəbləri və gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və  tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay