A

2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat təşkil edilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasətinin nəticəsində ölkəmizin təbiətinə ciddi ziyan dəydiyini, həmin ərazilərdə ekoloji tarazlığın pozulduğunu və hərbi münaqişə və müharibənin yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımızın bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qaldığını bildirib.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Mehriban Əsgərova “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda geniş təqdimatla çıxış edərək, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlər barədə məlumat verib, Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı düşmən münasibətin sərgilədiyini, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulduğunu, ərazilərin yandırıldığını, su resurslarının çirkləndirildiyini, qiymətli ağac növləri ilə zəngin olan meşələrin məhv edildiyini bildirib və yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlığın pozulduğunu və Azərbaycanın ekologiyasına ciddi ziyan dəydiyini vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay