A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Vətəndaş hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini bildirib və insan hüquqları sahəsində tələbələr arasında maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil, SN Legal Company MMC-nin icracı direktoru Nərmin Əliyeva çıxış edərək, insan hüquqlarının qorunmasının müasir dövrdə ən aktual məsələlərdən biri olduğunu qeyd edib, insanların, vətəndaşların hüquqlarının, azadlıqlarının qorunması, onlara əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkarlanması, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunub.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay