A

Azərbaycan   Dövlət   İqtisad   Universitetinin (UNEC) Maliyyə   və   mühasibat fakültəsində Karyera Mərkəzinin təşkilatçılığı ilə PAŞA Holdinqin direktor müavini, Ekosistem üzrə baş icraçı direktoru Fərid Məmmədovun tələbələrlə görüşü təşkil olunub.

Maliyyə və mühasibat fakültəsinin tələbələri ilə görüşdə Fərid Məmmədov iş adamlarının ali məktəblərlə qarşılıqlı əməkdaşlığının vacibliyindən danışıb, bu baxımdan ali təhsil müəssisələri ilə iş dünyası arasında münasibətlərin inkişaf etməsində belə görüşlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Həmçinin Paşa Holdinqin uğurlu inkişaf yolu, potensial karyera imkanları barəsində ətraflı məlumat verərək, təhsil və öz üzərində daim işləməyin vacibliyini vurğulayıb və faydalı tövsiyələrini tələbələrin diqqətinə çatdırıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay