A

UNEC-də biznes yönümlü innovasiyaların inkişafına dəstək məqsədilə yeni hakaton keçirililəcək.

23-24 dekabr 2025-ci il tarixlərində təşkil olunacaq “B2B Həllərinin Yaradılması” mövzulu hakaton iştirakçılara real biznes problemləri üzərində çalışma imkanı yaradacaq.

Tədbirin ilk günü 23 dekabr UNEC-in Nizami III saylı tədris binasında iş sessiyası ilə start götürəcək. İkinci gün 24 dekabr Azərbaycan İnnovasiya Mərkəzində (AİM) iştirakçı komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər.

Hakaton müddətində komandalar biznes proseslərini optimallaşdıran, şirkətlərarası əməkdaşlığı gücləndirən və real sektor üçün tətbiq oluna bilən innovativ B2B həllər hazırlayacaqlar. İştirakçılar həm praktiki bacarıqlarını inkişaf etdirmək, həm də komanda işində yeni təcrübə qazanmaq imkanı əldə edəcəklər.

I yerin qalibi 4000, II yer 2500, III yer isə 1000 AZN ilə mükafatlandırılacaq.

Hakatonda iştirak etmək istəyənlər qeydiyyat formasını doldurmaqla müraciət edə bilərlər.

QEYDİYYAT

Son müraciət tarixi: 16 dekabr 2025, saat 00:00

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay