Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən nəşr olunan UNEC Journal of Current Problems of Design (UJOCPİD) sizi dizayn sahəsində elmi tədqiqatlarınızı bu beynəlxalq akademik platformada dərc etdirməyə dəvət edir!
UJOCPİD nəzəri və tətbiqi tədqiqatları əhatə edən, rəyli və elmi-praktik jurnaldır. Məqalələrinizi təqdim edin, elmi biliklərinizi qlobal akademik icma ilə bölüşün!
Məqalə Mövzuları:
- Müasir dizayn problemləri və innovasiyalar
- Rəqəmsal və qrafik dizayn texnologiyaları
- Dizayn və davamlı inkişaf
- Məkan və mühit dizaynı problemləri
- Moda və tekstil dizaynında yeni yanaşmalar
- Sənaye və məhsul dizaynı problemləri
- Təhsil və dizayn inteqrasiyası
- Süni intellekt və dizayn tətbiqləri
Məqalə qəbulu üçün son tarix: 31 Oktyabr
Nəşr Tezliyi: İldə iki dəfə (yarımillik)
Məqalə Təqdimatı Qaydaları:
- Dil: Azərbaycan, İngilis və ya Rus
- Format: .docx (Microsoft Word)
- Həcmi: 5–8 səhifə (əlavələr və mənbələr istisna)
- Xülasə: 150 söz (struktur: giriş, əsas hissə, nəticə)
- Açar sözlər: 4–6
- Cədvəl və şəkillər: Nömrələnmiş və mətndə uyğun yerlərdə yerləşdirilməlidir
- İstinadlar: APA və ya IEEE formatı
Qəbul Kriteriyaları:
- Məqalələr orijinal və daha əvvəl dərc olunmamış olmalıdır
- İstinadların 70%-i son 5 ilə aid olmalıdır
- Plagiat yoxlaması StrikePlagiarism vasitəsilə aparılacaq
- Bütün müəlliflərin e-mail ünvanları təqdim olunmalıdır
- Əlaqələndirici müəllifin tam əlaqə məlumatları göstərilməlidir
Məqalələrinizi aşağıdakı e-poçt ünvanına göndərin:
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.