A

Noyabrın 28-də Türkmənistanın Bilim Nazirliyinin tabeliyində fəaliyyət göstərən Türkmən Dövlət İqtisad və İdarəetmə İnstitutu tərəfindən “Sustainable Economic Development: International Practice and Perspective Directions of Development” adlı II beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfrans davamlı iqtisadi inkişaf sahəsində beynəlxalq təcrübənin mübadiləsini və qabaqcıl elmi yanaşmaların paylaşılmasını hədəfləyir. Tədbir türkmən, rus və ingilis dillərində aparılacaq və aşağıdakı bölmələri əhatə edəcəkdir:

  1. Davamlı iqtisadi inkişafın perspektiv istiqamətləri;
  2. Maliyyə mexanizminin davamlı iqtisadi inkişafda rolu;
  3. Marketinq və idarəetmənin davamlı iqtisadi inkişafda rolu.

Konfrans onlayn fornatda keçiriləcək. İştirak etmək istəyənlərin məruzə tezislərini 12 noyabr 2025-ci ilədək göndərməsi tələb olunur.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay