12-13 dekabr tarixlərində Avropa Azərbaycan Məktəbində “Liderlik. İnsan rifahı” mövzusunda konfrans keçiriləcək.
Konfrans təhsil sahəsində tanınmış Beynəlxalq Məktəblər üçün Təhsil Əməkdaşlığı təşkilatının (ECIS) təhsil mütəxəssisləri tərəfindən təşkil olunacaq və ingilis dilində baş tutacaq.
Təhsil işçiləri üçün faydalı və öyrədici olan bu konfransın əsas məqsədi ölkəmizin təhsil ictimaiyyətini bir araya gətirməklə, onların peşəkar bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir.
Bu çərçivədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri konfransda iştirak etməyə dəvət olunurlar.