“Həftənin kitabı” layihəsi bu dəfə “Beynəlxalq biznes” kitabını oxucularla paylaşır.
Kitabın müəllifi i.e.n., dosent Niyazi Həsənovdur.
Dərslikdə beynəlxalq biznesin elmi-nəzəri və praktiki cəhətdən idarə edilməsinin müasir problemləri baxımından, aktual məsələlərin araşdırılması geniş işıqlandırılıb. Beynəlxalq biznesin fərqli mühitdə yaranması və inkişafından bəhrələnmək və strateji cəhətdən müvafiq metod və davranışları tətbiq etməklə, mənfəətin əldə olunması yolları elmi əsaslara söykənən təhlillərlə kitabın bütün fəsillərində təqdim edilib.
388 səhifəlik “Beynəlxalq biznes” (I hissə) kitabı 2022-ci ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxıb.
Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarındakı UNEC kitabxanalarından əldə edə bilərlər.