Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) tanıtmaq, orta məktəblərdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə universitetin əməkdaşları Bakı şəhərinin 58, 283, 212, 289 saylı “Zəngi” liseyi, 2 saylı texniki-humanitar liseyi və Humanitar fənlər təmayüllü məktəb-liseydə görüşlər keçiriblər.
Riyaziyyat və statistika kafedrasının müəllimləri dosent Əli Əliyev və Bəhruz Səmədov Bakı şəhəri 58 saylı məktəbdə, kafedranın dosentləri Rita Sərdarova, Pərvanə Axundova və Tapdıq Quluzadə 212 saylı məktəbdə, dosent Vüsalə Teymurova və Samirə Abdullayeva 289 saylı “Zəngi” liseydə, Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Pərviz Səmədov və Riyaziyyat və statistika kafedrasının müəllimləri Xalidə Muradova, Aslan Əzimzadə 2 saylı texniki-humanitar liseyində, 283 saylı məktəbdə Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müəllimləri dosent Bulud Sadıqov, Nailə Sultanova Humanitar fənlər təmayüllü məktəb-liseydə şagirdlərlə görüş keçiriblər.
Görüşdə UNEC-in təhsil imkanları barədə şagirdlərə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və məlumat bukletləri paylanılıb.