A

Maliyyə və mühasibat fakültəsinin dekan müavinləri dosent Azər Qarayev və baş müəllim Abdulkərim Sadıqov, Maliyyə və audit kafedrasının dosenti Flora Kaşiyeva Bakı şəhəri 8, 46, 116, 211 və 240 saylı tam orta məktəblərin 10 və11-ci sinif şagirdləri ilə görüşüblər.

UNEC-i abituriyentlərə yaxından tanıtmaq məqsədilə təşkil olunan görüşlərdə məktəblilərə universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, elektron universitet modeli, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüdlər və s. barədə geniş məlumat verilib.

Görüşdə UNEC barədə videoçarx da nümayiş etdirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR