24-25 aprel 2024-cü il tarixlində Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə Yekaterinburq şəhərində keçiriləcək Gənclərin XIV Avrasiya İqtisadi Forumunda Azərbaycandan iştirak edəcək tələbələrin seçimi keçirilib.
Seçimlər ənənəvi olaraq, hər il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin “Tətbiqi İqtisadiyyat” kafedrasının professor-müəllim heyətindən ibarət ekspert qrupu tərəfindən həyata keçirilir. 29-30 mart tarixlərində keçirilən seçimlərdə “Tətbiqi İqtisadiyyat” kafedrasının koordinasiyası ilə Azərbaycandan XIV Beynəlxalq İqtisadi Gənclər Forumunda iştirak edəcək tələbələrin “Ərazi Rəqabətqabiliyyətliliyi” adlı müsabiqəsindəki məruzələri dinlənilib və “Tik Tok” müsabiqəsi baş tutub.
Seçimlərdə UNEC də daxil olmaqla, ölkənin 20 universitetindən 100-ə yaxın tələbə və gənc alim iştirak edib. Forumun “Ərazi rəqabətqabiliyyətliliyi” adlı müsabiqəsi üç istiqamət üzrə keçirilib. “Makroiqtisadiyyat” (dünya və milli iqtisadiyyat institutları) müsabiqəsi üçün 5 tələbə, “Mezoiqtisadiyyat” (regional və sektoral institutlar) müsabiqəsi üçün 5 tələbə, “Mikroiqtisadiyyat” (müəssisələr və təşkilatlar arasında qarşılıqlı əlaqə səviyyəsi) müsabiqəsi üçün isə 5 nəfər tələbə müəyyən olunub.
Beləliklə, 3 müsabiqədə elmi məruzələr üzrə 15 finalçı seçilib. “Hobbilərimin dünyası” “Tik Tok” müsabiqəsində isə 3 komanda iştirak edəcək.
24-25 aprel 2024-сü il tarixində Yekaterinburq şəhərində keçiriləcək beynəlxalq Forumun superfinalında Azərbaycanı təmsil edəcək 5 qalib müəyyən ediləcək.