A

Aprelin 22-də Biznes və menecment fakültəsində “Yeni dövr üçün yeni ideyalara” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada “Biznes və logistika” kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. Mirağa Əhmədov yeni ideyaların elmin inkişafına müsbət təsirlərindən danışaraq, tədbirdə bu istiqamətdə müzakirələrin aparılacağını bildirib.

Sonra kafedranın baş müəllimi Məmməd Talıblı təhsilin inkişafında milli ideologiya və gənclərin rolu, dos. Niyazi Həsənov süni intellektdə əsaslanan proqram təminatının auditoriyalara inteqrasiyası, dos. Pikəxanım Xudiyeva təhsillə istehsal və xidmət sahələrinin adaptivlik təşkil etməsi barədə fikirlərinin bölüşüblər. Kafedranın müdiri dos. Məhəmməd Əliyev dövlət, universitet və biznes tərəfdaşlığı çərçivəsində maddi texniki bazanın formalaşdırılmasını, tələbələr isə təqaüd proqramlarının sayının artırılmasını təklif ediblər.

TOP XƏBƏRLƏR