A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində dekan müavini Cavahirxanım Məmmədovanın və “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Qurban Qurbanovun iştirakı ilə COP-29 -la bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Qurban Qurbanov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyini qeyd edib. 
O bildirib  ki, bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Belə ki, bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti var.
 Qurban Qurbanov onu da qeyd edib ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində əsası qoyulan "Tərəflər Konfransı" kimi nəhəng, 198 üzv dövləti özündə birləşdirir. İlk dəfə 1995-ci ilin martında Berlində təşkil olunan, hər il keçirilən COP-un katibliyi Bonn şəhərində yerləşir. Bütün böyük dövlətlər bu tədbirə ev sahibliyi etməyə can atır.

Bundan əvvəlki tədbir – COP-28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımına dair fond yaradırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Həmin dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP-29 konfransı iştirakçısı olan ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək, bununla bağlı konkret addımlar atmaq üçün bir fürsətdir.

Tədbirin sonunda müzakirələr aparılaraq, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR